Fransalı müşavir: Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz torpaqlarında girov götürülməsi Cenevrə Konvensiyasının pozulmasıdır | 1news.az | Xəbərlər
Siyasət

Fransalı müşavir: Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz torpaqlarında girov götürülməsi Cenevrə Konvensiyasının pozulmasıdır

17:37 - 19 / 12 / 2017
Fransalı müşavir: Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz torpaqlarında girov götürülməsi Cenevrə Konvensiyasının pozulmasıdır

Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz doğma torpaqlarında Ermənistan tərəfindən girov götürülərək qanunsuz olaraq məhkum edilməsi Cenevrə Konvensiyasının pozulmasıdır.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Qərbi Avropa bürosuna açıqlamasında Robert Şuman İnstitutunun vitse-prezidenti, Fransa Milli Assableyasında parlament müşaviri Florans Qabay bildirib.

O deyib ki, həmin ərazilər Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərinə daxildir: "Biz bu barədə hamını məlumatlandırmalıyıq. Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz doğma torpaqlarında ermənilər tərəfindən girov götürülməsi, həmçinin "məhkəmə" tərəfindən qanunsuz olaraq məhkum edilməsi beynəlxalq hüquq normalarının pozulması deməkdir. Bu faktı hamıya bəyan etməliyik.

Bunu Avropa Şurasına, BMT-nin İnsan Hüquqları Şurasına, qeyri-hökümət təşkilatlarına, Avropa Parlamentinin üzvlərinə, Fransa Senatı və Milli Assambleyası tərkibində fəaliyyət göstərən Fransa-Azərbaycan Dostluq Qrupunun üzvlərinə dönə-dönə xatırlatmalıyıq. Mən deyə bilmərəm ki, biz bu tədbirləri görməklə Dağlıq Qarabağın azərbaycanlı əhalisinin sabah öz evlərinə dönməsinə kömək edə biləcəyik. Belə məsələlər vaxt tələb edir. Bu həqiqəti dərk etmək və uyğun qərar vermək üçün vacibdir. Ermənistan tərəfindən pozulmuş qanunların maddələrini dönə-dönə xatırlatmaq və hazırda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu məsələyə baxdığını diqqətə çatdırmaq gərəkdir”.

F.Qabay həmçinin azərbaycanlı məcburi köçkünlərin vəziyyətinə də toxunub: “Mən özüm də anayam. Azərbaycanlı məcburi köçkün anaların, ataların əzablarına biganə qala bilmirəm. Azərbaycanlı məcburi köçkünlərin çəkdikləri əzablarda iki element mənim diqqətimi cəlb edib. Onlarda bir ümid var. Bir tərəfdən, bu ümid Azərbaycan dövlətinədir və hökumət məcburi köçkünlərin qayğısına yüksək səviyyədə qalmaqda davam edir. Digər tərəfdən, məcburi köçkünlərin üzləşdikləri əzablı həyatın onların ümidlərini qıra bilməməsi məni heyrətə gətirir. Vitse-prezidenti olduğum Robert Şuman İnstitutu Avropa Şurasında təmsil olunmaq səlahiyyətinə malikdir. Azərbaycan da Avropa Şurasının üzvüdür. Azərbaycanlı məcburi köçkünlərin məsələsi Robert Şuman İnstitutunun diqqət mərkəzində olan məsələlərdəndir. Bizim institut Avropanın banilərindən olan Robert Şumanın adını daşıyır. O, əsl xristian olub. Robert Şuman həmişə xalqların mədəniyyətinə, sivilizasiyasına böyük hörmətlə yanaşıb. Biz də bu gün onun irsini yaşadırıq. Biz Dağlıq Qarabağdan didərgin düşmüş məcburi köçkünlərin məsələsini daha yaxından öyrənib əlimizdə olan imkanlar çərçivəsində bu məsələnin həllini tapmağa çalışacağıq”.

S.Xankişiyeva

 

Paylaş:
616

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər