BMT miqrantların artımı ilə bağlı məruzə hazırlayıb | 1news.az | Xəbərlər
Dünya

BMT miqrantların artımı ilə bağlı məruzə hazırlayıb

09:52 - 19 / 12 / 2017
BMT miqrantların artımı ilə bağlı məruzə hazırlayıb

BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamenti dünyada 258 milyondan çox miqrantın olması barədə məruzə hazırlayıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, sənəddə 2000-ci illə müqayisədə miqrantların 49 faiz artdığı qeyd edilir.

Onların 26 milyonu qaçqınlardır.

Öz ölkəsini ən çox tərk etmiş insanlar (49,8 milyon nəfər) ABŞ-da yaşayır. Səudiyyə Ərəbistanında, Almaniyada və Rusiyada yaşayan miqrantların sayı hər ölkə üzrə təxminən 12 milyon nəfərə çatır. Böyük Britaniyada bu göstərici 9 milyon insan təşkil edir.

Hindistandan dünyada miqrantların sayına görə (17 milyon nəfər) birinci yerdədir. Siyahıda bu ölkəni 13 milyon miqrantla Meksika izləyir.

Rusiyadan, Çindən, Banqladeşdən, Suriyadan, Pakistandan və Ukraynadan gəlmələr miqrantların ümumi miqdarının əhəmiyyətli hissəsini təşkil edirlər. Bu ölkələrdən hər birində 6 milyondan 11 milyon nəfərə qədər miqrant var.

S.Xankişiyeva

 

Paylaş:
579

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər