İsrafçılığa görə şahzadə və nazirləri tutduran vəliəhd 300 milyon dollara imarət alıb – FOTO | 1news.az | Xəbərlər
Dünya

İsrafçılığa görə şahzadə və nazirləri tutduran vəliəhd 300 milyon dollara imarət alıb – FOTO

10:45 - 19 / 12 / 2017
İsrafçılığa görə şahzadə və nazirləri tutduran vəliəhd 300 milyon dollara imarət alıb – FOTO

Səudiyyə Ərəbistanı krallığının vəliəhdi, şahzadə Məhəmməd ibn Salman Fransanın paytaxtı Parisdə yerləşən tarixi “XIV Lüdövik İmarəti”ni alıb.

1news.az-ın “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, vəliəhd dünyanın ən bahalı imarəti üçün 300 milyon dollar ödəyib.

Satış 2015-ci ildə həyata keçirilsə də, imarətin sahibinin adı gizli saxlanılıb. İmarətin vəliəhdə satıldığı barədə məlumat bu günlərdə üzə çıxıb.

Qeyd edək ki, ötən aylarda vəliəhdin göstərişi ilə S.Ərəbistanında bir çox şahzadə və nazirlər korrupsiya və israfçılıq etməkdə ittiham edilərək həbs edilmişdi. Onun imarət üçün 300 milyon dollar ödəməsinin üzə çıxması isə birmənalı qarşılanmayıb.

1news.az

Paylaş:
1048

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər