Heydər Əliyev Mərkəzinin parkında “Red Bull Illume” fotosərgisinin açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzinin parkında “Red Bull Illume” fotosərgisinin açılışı olub - FOTO

23:36 - 19 / 12 / 2017
Heydər Əliyev Mərkəzinin parkında “Red Bull Illume” fotosərgisinin açılışı olub - FOTO

Dünyanın ən böyük macəra və ekstremal idman fotosərgisi “Red Bull Illume” beynəlxalq turne çərçivəsində ilk dəfə Bakı şəhərində təqdim olunur.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 19-da Heydər Əliyev Mərkəzinin parkında “Red Bull Illume” fotosərgisinin açılış mərasimi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Emin Məmmədov bildirdi ki, bu gözəl parkda indiyədək bir sıra beynəlxalq tədbirlər keçirilib. Bu tədbirlərin sırasında “Səməni”, “Küknar” sərgiləri və “Çərpələng” beynəlxalq festivalını xüsusi qeyd etmək olar. Bu gün açılan “Red Bull Illume” sərgisi dünyada maraqla qarşılanır və Çikaqodan, Torontodan, Zalsburqdan sonra Azərbaycanın paytaxtında keçirilir. Bakıdan sonra isə bu sərgi Tokioda təşkil olunacaq.

Tədbirdə iştirak edən “Red Bull Illume” layihəsinin rəhbəri Ulriş Qril dedi ki, bu gün Bakıda 55 ən yaxşı macəra və idmana aid fotoşəklin təqdim olunması bizim üçün böyük şərəfdir. Heydər Əliyev Mərkəzinin parkında bir aya yaxın müddətdə fəaliyyət göstərəcək bu sərginin böyük uğur qazanacağına inandığını bildirən Ulriş Qril qeyd etdi ki, bu, “Red Bull Illume”nin Azərbaycanda ilk dayanacağıdır. O, Bakı turunun unudulmaz bir sərgi kimi yaddaşlara həkk olunacağına əminliyini ifadə etdi.

Sərgidə işıqlandırma mövzusuna uyğun olaraq “Image Quest 2016”nın finalçı 55 fotoşəkli işıq qutuları üzərində nümayiş olunur.

Fotomüsabiqədə, həmçinin bu ilin noyabrında Azərbaycanda keçirilən milli mobil müsabiqədə iştirak edən və qalib gələn 5 fotoşəkil yer alıb.

Müsabiqənin birinci yerinin sahibi Fərman Lazımova, finalçılar Emin Əlizadəyə və Leyla Fətəliyevaya hədiyyələr təqdim olundu.

Sərgi 2018-ci il yanvarın 15-dək paytaxt sakinləri və qonaqlar üçün açıq olacaq. Girişin hər kəsə sərbəst olduğu sərgi çərçivəsində həftəsonları əlavə əyləncəli proqramlar da təşkil ediləcək.

Xatırladaq ki, “Red Bull Illume” macəra və idman növlərinə həsr edilən ən böyük beynəlxalq fotomüsabiqədir. Ən yaradıcı və həyəcanverici fotoşəkilləri nadir incəsənət nümunəsi kimi təqdim edən müsabiqənin məqsədi idman və macəranı təşviq etməkdir. 2016-cı ildə isə müsabiqəyə yeni “Mobil” kateqoriya əlavə olunub.

“Red Bull Illume Image Quest 2016”ya 120 ölkədən 5645 fotoqrafın rekord sayda - 34624 fotoşəkli təqdim edilib. “Red Bull Illume” qaliblərinin ABŞ-ın Çikaqo şəhərində keçirilən mükafatlandırma mərasimində 53 fotoredaktordan ibarət münsiflər heyəti 55 finalçını, 11 kateqoriya üzrə qalibi və 1 ümumi qalibi müəyyən edib. Müsabiqədə alman fotoqraf Lorenz Holder atlet Senad Qrosikin payızda Almaniyada körpü üzərində “BMX” velosipedi sürdüyü zaman çəkdiyi şəkillə ikinci dəfə qalib olub.

Sərginin açılış mərasimi Əməkdar Artist Tünzalə Ağayevanın və digər sənətçilərin ifasında konsert proqramı ilə davam edib.

1news.az

Paylaş:
690

Son xəbərlər

Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstəribBu gün, 09:17Bakıda tıxac olan yollar - SİYAHIBu gün, 09:09Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14
Bütün xəbərlər