Bakıda Beynəlxalq Ərəb dili Günü qeyd edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Beynəlxalq Ərəb dili Günü qeyd edilib

11:35 - 19 / 12 / 2017
Bakıda Beynəlxalq Ərəb dili Günü qeyd edilib

18 dekabr- Beynəlxalq Ərəb dili Günü münasibətilə Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi və Azərbaycan Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.

1news.az  xəbər verir ki, tədbiri açan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi 2010-cu ildən etibarən 18 dekabr tarixinin Beynəlxalq Ərəb dili Günü kimi qeyd edildiyi deyib.

O, 1973-cü ildə ərəb dilinin BMT-nin Baş Assembleyasında qurumun rəsmi dili elan edilməsi haqda məlumat verərək, mütəxəssislərin bu təşəbbüsün mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə və dünyanın müxtəlif dillərinin inkişafına yardım etdiyini vurğulayıb.

Tədbirdə iştirak edən BDU-nun İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev, BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili müəlliməsi Könül Eyvazlı ərəb dilinin İslam aləmindəki əhəmiyyəti, dilin zənginliyi barədə geniş məlumat veriblər.

Sonra Misirin Süveyş Kanalı Universitetinin professoru Əbdül Rəhim Əl-Kurdi bildirib ki,  ərəb dili beynəlxalq sənədlərin qeydə alındığı rəsmi bir dil kimi BMT dillərinə əlavə edildikdən sonra onun öyrənilməsinə tələbat dünya vətəndaşları tərəfindən artaraq, Oksford, Kembridc, Sorbonne, Berlin, Sankt Peterburq və s. kimi Avropa və Asiyanın nüfuzlu universitetlərində bir neçə əsr əvvəl açılmış Ərəb dili şöbələri və institutlarından əlavə, Çin, Amerika, Kanada, Avstraliya və Latın Amerikası universitetlərinin bir çoxunda Ərəb dili şöbələri yaradılaraq bir sıra ölkələr orta məktəblərdə  ərəb dilinin ikinci bir dil olaraq tədris edilməsinə sərəncam verilib.

Ərəb dilinə artan maraq ərəb dünyası və ondan kənarda Ərəb dili mütəxəssisləri və müəllimlərinin üzərinə böyük məsuliyyət və qarşılarına çətin bir vəzifə- dilin özünü asanlaşdırmaq və onu müasir dövrün tələblərinə uyğunlaşdırmaq, onun təlimi və qarşılaşdığı çətinlikləri aradan aparmaq üçün münasib vasitələr hazırlamaqdan ibarət olması haqqında danışıb.

Sonda tədbirdə məşhur Misir xəttatı Mustafa Məhəmməd Amrinin sərgisi nümayiş etdirilib.

P.Sultanova

 

Paylaş:
673

Son xəbərlər

Bütün xəbərlər