Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü Avropa ölkələrindən birində olacaq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü Avropa ölkələrindən birində olacaq

13:14 - 20 / 12 / 2017
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü Avropa ölkələrindən birində olacaq

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün ilkin tarixi açıqlanıb.

1news.az xəbər verir ki,  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, görüşün tarixini açıqlamaq hələ çətindir.

Nazir qeyd edib: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün tarixini hələ demək çətindir. Bununla belə, görüşün gələn il yanvarın ortasında keçirilməsi nəzərdə tutulur".

E.Məmmədyarov vurğulayıb ki, görüş Avropa ölkələrinin birində baş tutacaq: "Həmsədrlər görüşün dəqiq tarixi barədə məlumat verəcəklər".

1news.az

Paylaş:
787

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər