İnsanlıq faciəsi: “Yəməndə Yeni il” –  FOTO | 1news.az | Xəbərlər
Dünya

İnsanlıq faciəsi: “Yəməndə Yeni il” –  FOTO

16:16 - 20 / 12 / 2017
İnsanlıq faciəsi: “Yəməndə Yeni il” –  FOTO

Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri 2015-ci ilin martından etibarən Yəməni bombalayır.

1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, 3 il ərzində Yəməndə 10 mindən çox insan öldürülüb. Onlardan 2 minə yaxını uşaqdır.

Ölkədə kütləvi xəstəliklər səbəbindən 100 minə yaxın insan ölüm təhlükəsi yaşayır.

Bundan başqa, Yəməndə aclıq və susuzluq davam edir. Digər dövlətlərdən humanitar yardımın gətirilməsinə isə imkan verilmir.

Polşalı dizayner İqor Dobrovolski Yəməndə yaşanan insanlıq faciəsini dünyaya çatdırmaq üçün reklam panelləri yaradıb. O, əl işinə isə “Yəməndə Yeni il” adını verib.

S.Xankişiyeva

 

 

 

Paylaş:
1234

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər