Ən yaxşı tabor komandirləri yarışlarının qalibləri mükafatlandırılıblar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ən yaxşı tabor komandirləri yarışlarının qalibləri mükafatlandırılıblar – FOTO

17:36 - 20 / 12 / 2017
Ən yaxşı tabor komandirləri yarışlarının qalibləri mükafatlandırılıblar – FOTO

Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən, poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə müsabiqələr keçirilib.

1news.az-ın məlumatına görə, yarışlar çərçivəsində Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən “Qaraheybət” və digər təlim mərkəzlərində, poliqonlarında “Ən yaxşı motoatıcı tabor komandiri” adı uğrunda müsabiqə təşkil olunub.

Dekabrın 20-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani yarışların keçirilməsi və nəticələri haqqında məlumat verib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov qalibləri təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

General-leytenant N.Osmanov bildirib ki, dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin, xalqımızın əmin-amanlıq içərisində yaşamasının təminatçısı olan ordumuz son illər daha da möhkəmlənib, mütəşəkkil hərbi qüvvəyə çevrilib. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur və istənilən təcavüzün qarşısını almağa, hücum tapşırığını yerinə yetirməyə qadirdir: “Ötən il aprel döyüşləri zamanı Azərbaycan Ordusu nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Aprel döyüşlərində qazandığımız qələbə xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin, Azərbaycan Ordusunun güc və qüdrətinin, həmçinin Prizdentimiz, qətiyyətli sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevin qələbəsi kimi tarixə düşdü. Ali Baş Komandanımız bu zəfərlə hərbi şöhrət salnaməmizə yeni parlaq səhifə yazdı”.

Qeyd edilib ki, keçirilən irimiqyaslı taktiki təlimlər, komanda-qərargah hərbi oyunları Azərbaycan Ordusunun quruda, dənizdə və havada, istənilən iqlim şəraitində qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirməyə hər an hazır olduğunu göstərir. Müdafiə Nazirliyinin rəhbərliyi göstərilən etimadı əməli fəaliyyəti ilə doğruldur və şəxsi heyətin məsuliyyət hissi daha da artır.

Diqqətə çatdırılıb ki, Silahlı Qüvvələrin 2017-ci tədris ili üçün hazırlıq planına müvafiq olaraq Silahlı Qüvvələr, qoşun növləri və xidmətlər üzrə “Ən yaxşı tabor (divizion) komandiri” adı uğrunda yarışlar yüksək səviyyədə keçirilib. Bu yarışlarda əsasən tabor (divizion) komandirlərinin öz ixtisasları üzrə nəzəri biliklərinin, praktiki bacarıq və vərdişlərinin, fiziki hazırlıqlarının, eləcə də döyüşü idarəetmədə, şəxsi heyətlə işləməkdə səriştə və qabiliyyətinin yoxlanılmasına xüsusi diqqət yetirilib.

Sonra qaliblərin mükafatlandırılması haqqında Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmri oxunub.

Tədbirdə bildirilib ki, hazırlıq məşqləri zamanı komandirlərin taktiki, atəş, fiziki hazırlığı və döyüş maşınlarının idarə edilməsi üzrə nəzəri bilikləri, eləcə də praktiki vərdişləri yoxlanılıb. Eyni zamanda, zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələrinin idarəetmə bacarıqları da qiymətləndirilib. Bütün iştirakçılar yoxlanılan suallar üzrə yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar. Yarışların nəticələri obyektiv qiymətləndirilərək qaliblər müəyyən edilib.

Diqqətə çatdırılıb ki, yarışlar bir neçə istiqamət üzrə - motoatıcı, tank, kəşfiyyat, mühəndis tabor, xüsusi təyinatlı, rabitə və maddi-texniki təminat taborları, raket, artilleriya, zenit-raket, gəmi divizionları və eskadrilya komandirləri arasında keçirilib.

Daha sonra Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Mahnı və Rəqs Ansambılının ifasında ədəbi musiqili xoreoqrafik kompozisiya təqdim olunub.

Sonda qaliblərə mükafatlar təqdim edilib.

1news.az

Paylaş:
559

Son xəbərlər

Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstəribBu gün, 09:17Bakıda tıxac olan yollar - SİYAHIBu gün, 09:09Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14
Bütün xəbərlər