Saakaşvili Hollandiyaya getmək üçün sənədlər alıb | 1news.az | Xəbərlər
Dünya

Saakaşvili Hollandiyaya getmək üçün sənədlər alıb

17:42 - 20 / 12 / 2017
Saakaşvili Hollandiyaya getmək üçün sənədlər alıb

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Hollandiyaya getmək üçün sənəd paketi alıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə "RBK-Ukrayna"ya Ukraynanın hakim koalisiyasındakı mənbə məlumat verib.

Məlumata görə, dekabrın 11-də istintaq təcridxanasından çıxdıqdan sonra M.Saakaşvili Hollandiya səfirliyinə gedib və orada bu ölkəyə getməyə imkan verən sənədlər paketini alıb.

"Gördüyünüz kimi, o, bunu etmədi. Ona qarşı güc tətbiq edilməsi planlaşdırılmır. Hazırda onun Ukraynada olmasının qanuniliyi üzrə hüquqi prosedur aparılır. Proses yanvar ayının ortalarından tez bitməyəcək", - mənbə bildirib.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidentinin həyat yoldaşı Sandra Rulofs əslən Hollandiyadandır.

S.Xankişiyeva

 

Paylaş:
628

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər