Səfir Rəşad Aslanov etimadnaməsini Uruqvay Prezidentinə təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

Səfir Rəşad Aslanov etimadnaməsini Uruqvay Prezidentinə təqdim edib

17:37 - 20 / 12 / 2017
Səfir Rəşad Aslanov etimadnaməsini Uruqvay Prezidentinə təqdim edib

İqamətgahı Buenos Ayres şəhərində olan Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanov etimadnaməsini Uruqvay Şərq Respublikasının Prezidenti Tabare Vaskesə təqdim edib

1news.az  XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki,  etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Uruqvay Prezidentinə çatdırıb.
Prezident T.Vaskes də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Prezident T.Vaskes səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

P.Sultanova

Paylaş:
982

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər