Mübariz Əhmədoğlu: Ermənistan ordusunun Azərbaycan ərazisindəki mövcudluğu erməni ölümlərinin əsas mənbəyidir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan ordusunun Azərbaycan ərazisindəki mövcudluğu erməni ölümlərinin əsas mənbəyidir

10:30 - 20 / 12 / 2017
Mübariz Əhmədoğlu: Ermənistan ordusunun Azərbaycan ərazisindəki mövcudluğu erməni ölümlərinin əsas mənbəyidir

Prezident S.Sərkisyan “Ermənistan” telekanalına müsahibəsində Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın yeni mövqeyini açıqladı: Qoşunların təmas xəttində itkilər istisna edilməlidir. Yalnız bu müəyyən etimad mühiti yarada bilər.

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onu sözlərinə görə, Azərbaycan ərazisində Ermənistanın işğalçı ordusunda baş vermiş ölümlərin statistikasının təhlili ortalığa maraqlı nəticələr qoyur:

ı. 2017-ci ilin on ayı ərzində Ermənistan ordusunda 56-60 arası ölüm halı baş verib. Bunlardan yalnız 12-si və ya 15-ini Azərbaycan hərbçiləri öldürüblər. Qalan 41-44 nəfər qeyri-döyüş itkisidir. Ermənistan ordusunda baş verən nizamnamədən kənar hərəkətlər və kriminallıq Azərbaycan ordusunun öldürdüyündən  təxminən 4 dəfə çox erməni öldürüb.

ıı. Həmin ölümlərə görə 10 nəfər erməni hərbçiləri həbsdədirlər. Bu 10 nəfəri də itkilər siyahısına əlavə etsək, statistika daha dəhşətli alınır.

ııı.  İşğalçı Ermənistan ordusunda son ölüm hadisəsi olan N.Adibekyanın xidmət yoldaşı tərəfindən öldürülməsi bütövlükdə erməni cəmiyyətinin daxilində mənəviyyatsızlıq və sivilizasiya uçurumunun olduğunu göstərir. Tərcümeyi-halından N.Adıbekyanın “küçə uşağı” olmadığı bəlli olur; RF vətəndaşıdır, Rusiyada hərbi xidmətini çəkib. Ermənistana isə ali təhsil almağa gəlibmiş. Dərhal orduya aparıblar və öldürülüb.

M.Əhmədoğlunun sözlərinə görə, S.Sərkisyan beynəlxalq ictimaiyyəti inandırmaq istəyir ki, belə orduda itkilər olmayacaq.

Bunu nonsens adlandıran politoloq bildirib ki, hər il buna bənzər statistika var. Gələcəkdə statistika daha da pisləşəcək.

O, işğalçı Ermənistan ordusunda baş verənlər fonunda prezident S.Sərkisyanın dediklərindən çıxan nəticələri aşağıdakı kimi dəyərləndirib: 

ı. S.Sərkisyan işğalçı Ermənistan ordusunda ölümlərdə maraqlıdır, ermənilərin ölümü Ermənistan ordusunun Azərbaycan ərazisində qalmasının əsas səbəbidir.

ıı. S.Sərkisyan yalnız bu qaydada özünün hakimiyyətini uzada bilər. Hər halda on illik prezidentliyi dövründə S.Sərkisyan görünür, daha bir rekord vurmaq istəyir. Onun prezidentliyi dövründə Ermənistanı tərk edənlərin sayı və Ermənistanın xarici borcu tarixi maksimumdadır. Ermənistan ordusu qeyri-döyüş itkilərinə görə də tarixi maksimumu əldə edə bilər.

1news.az

Paylaş:
674

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər