Aİ komissarı: “Azərbaycanda həyata keçirilən islahatları dəstəkləməyə davam edəcəyik” | 1news.az | Xəbərlər
Siyasət

Aİ komissarı: “Azərbaycanda həyata keçirilən islahatları dəstəkləməyə davam edəcəyik”

22:47 - 20 / 12 / 2017
Aİ komissarı: “Azərbaycanda həyata keçirilən islahatları dəstəkləməyə davam edəcəyik”

“Biz Azərbaycanın dayanıqlığın artırılması, xüsusilə iqtisadiyyatın diversifikasiyası sahəsindəki səylərini görürük”.

1news.az APA-ya istinadən xəbər verir ki, Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hanın bu sözləri Avropa Xarici Əməliyyatlar Xidmətinin Avropa Komissiyası ilə birgə yaydığı Azərbaycana dair hesabatda yer alıb. O bildirib ki, Aİ Azərbaycanda çoxşaxəli, güclü və inklüziv cəmiyyətin qurulmasına kömək etmək üçün yeni iqtisadi və sosial aktorların yaranmasını dəstəkləməyə hazırdır: “Biz dövlət administrasiyası və ədliyyə sahəsində islahatlara dəstək verməyə davam edəcəyik. Bu, qanunun aliliyini gücləndirəcək və Azərbaycanı investorlar üçün daha cəlbedici edəcək. Biz həmçinin sabahın çətinliklərinin öhdəsindən gəlmək sahəsində vacib bacarıqların inkişafı üçün vacib olan təhsil sahəsinə də dəstək verəcəyik”.

1news.az

Paylaş:
570

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər