“Audi” 330 min avtomobili geri çağırdı | 1news.az | Xəbərlər
Dünya

“Audi” 330 min avtomobili geri çağırdı

23:32 - 20 / 12 / 2017
“Audi” 330 min avtomobili geri çağırdı

Almaniyanın məşhur avtomobil istehsalçısı “Audi” şirkəti texniki nasazlığa görə 330 min avtomobili geri çağırıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2011-2015-ci illərdə istehsal edilən “A4”, “A5” və “Q5” modellərində qızdırıcılarda texniki nasazlıq aşkarlanıb.

Şirkət bu nasazlığın yanğına səbəb ola biləcəyindən ehtiyat edir. Buna görə də səhvin aradan qaldırılması üçün həmin avtomobilləri servislərə çağırıblar. Texniki nasazlıq aradan qaldırılana qədərə əlavə qızdırıcının bağlanması məsləhət görülüb.

Rəsmi servislərə müraciət edəcək şəxslərə pulsuz xidmət göstəriləcəyi bildirilib.

1news.az

Paylaş:
639

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər