Bakı Ali Neft Məktəbi 2017-ci ilin ən yaxşı ali təhsil müəssisəsi oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbi 2017-ci ilin ən yaxşı ali təhsil müəssisəsi oldu

12:11 - 20 / 12 / 2017
Bakı Ali Neft Məktəbi 2017-ci ilin ən yaxşı ali təhsil müəssisəsi oldu

Bakı Ali Neft Məktəbi (BANM) 2017-ci ili böyük uğur və yüksək nəticələrlə başa vurur.

“Azərbaycan Universitetləri” facebook səhifəsinin ölkədə fəaliyyət göstərən universitetlər arasında apardığı araşdırmaya, həmçinin onun üzvləri və tələbələr arasında  keçirdiyi sorğulara əsasən BANM ilin ən yaxşı ali təhsil müəssisəsi seçilib. Araşdırma və seçim zamanı aşağıdakı kriteriyalar nəzərə alınıb.

Bu haqda 1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BANM maddi texniki baza və sosial infrastruktur nöqteyi nəzərindən bütün universitetlərdən öndədir. Belə ki, 2017-ci ilin 1 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ən müasir texnologiyalarla təchiz olunmuş labaratoriya və auditoriyalar, müasir standartlara cavab verən idman – sağlamlıq kompleksi, yeni tələbə evi binalarını özündə birləşdirən Ali Məktəbin yeni kampusunun açılışını edib. Cənab Prezident həmçinin, açılış mərasimdə Ali Məktəbin fəaliyyətini çox yüksək qiymətləndirdiyini bildirib.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblər üzrə qəbulun nəticələrinə görə ən yüksək keçid balı – 679 bal məhz BANM-a məxsusdur.

Ali Məktəbdə mövcud olan 3 ixtisas – Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə ilk turdan 100 faiz qəbul həyata keçirilib.

BANM-ın ölkənin ən yüksək keçid balına malik olan Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında qəbul imtahanının nəticələrinə görə minimal bal - 685 bal olub. Qeyd edək ki, 2017-ci il Dövlət İmtahan Mərkəzinin açıqladığı göstəricilərə əsasən bu ixtisas ölkədə “İlin ixtisası” adını qazanıb.

Bu ilki nəticələrə əsasən, I qrup üzrə imtahan verən abituriyentlərdən 7 nəfər 700 bal toplayıb. Maraqlıdır ki, onların hamısı BANM-ı seçiblər.

I qrup üzrə Prezident təqaüdçülərinin sayına görə rekord  göstərici məhz BANM-a məxsusdur, bu il Ali Məktəbə 24 nəfər Prezident təqüdçüsü daxil olub.

2017-ci il BANM-ın ilk məzunlarının buraxılışı olub və həmin məzunların 94%-i artıq işlə təmin olunub. Qalan 6% isə ABŞ, Avropanın, eləcə doğma Azərbaycanın aparıcı universitetlərində magistratura və PhD pilləsində təhsillərini davam etdirirlər.

6 illik fəaliyyəti ilə bu cür göstəricilərə sahib olmaq bir ali təhsil müəssisəsi üçün böyük nəticədir.

S.Xankişiyeva

 

Paylaş:
585

Son xəbərlər

Bakıda tıxac olan yollar - SİYAHIBu gün, 09:09Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07
Bütün xəbərlər