BANM-də gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-də gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilib – FOTO

10:42 - 21 / 12 / 2017
BANM-də gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilib – FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) yeni kampusunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə onun tabeliyində olan ümumi təhsil mərkəzləri və inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə BANM-ın rektoru Elmar Qasımov, BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva və müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, finala vəsiqə qazanmış komandalar iştirak ediblər.

Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov çıxış edərək bu cür müsabiqələrin məktəblilərin bilik və bacarıqlarının inkişafında çox əhəmiyyətli olduğunu qeyd edib və məktəblilərə uğurlar arzu edib. BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva isə çıxışı zamanı BANM-ın rəhbərliyinə  göstərdiyi təşkilati dəstəyə görə təşəkkür edib, bu müsabiqənin həyata keçirilməsinin səbəblərindən danışıb.

Müsabiqənin final mərhələsinə vəsiqə qazanmış komandalar 2 saat ərzində 30 sualdan ibarət test tapşırığı və 2 məsələ həll ediblər. Doğru cavablandırılan hər test tapşırığı 1 balla, məsələ və təcrübə işi isə 5 balla qiymətləndirilməsi nəzərdə tutulub. Final mərhələsinin nəticələri tezliklə müəyyənləşdiriləcək.

Məktəblilər həmçinin BANM-ın yeni kampusu ilə yaxından tanış olub, buradakı dünya standartlarına cavab verən elmi-tədqiqat labaratoriyalarında təcrübə işləri aparıblar.

1news.az

Paylaş:
668

Son xəbərlər

Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstəribBu gün, 09:17Bakıda tıxac olan yollar - SİYAHIBu gün, 09:09Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14
Bütün xəbərlər