Bakıda kafedə ofisiant müştərini qətlə yetirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kafedə ofisiant müştərini qətlə yetirib

11:26 - 21 / 12 / 2017
Bakıda kafedə ofisiant müştərini qətlə yetirib

Bakıda qətl törədilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində ofisiant Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib.

M.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.  

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 

1news.az

Paylaş:
744

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər