Mübariz Əhmədoğlu: Ermənistanda pasport və viza rəsmiləşdirilməsi mağazalarda olduğu kimi açıq satışdadır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistanda pasport və viza rəsmiləşdirilməsi mağazalarda olduğu kimi açıq satışdadır

11:30 - 22 / 12 / 2017
Mübariz Əhmədoğlu: Ermənistanda pasport və viza rəsmiləşdirilməsi mağazalarda olduğu kimi açıq satışdadır

Aştarak şəhərinin pasport bölməsinin əməkdaşı ABŞ, Gürcüstan, İran və Rusiyadan olan 55 nəfərə biometrik məlumatlı 55 pasport satıb.  Pasportların məbləği barədə heç bir məlumat verilmir.

1news.az xəbər verir ki,  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, ötən ay Ermənistan XİN əməkdaşı qrinkard əməliyyatına görə saxlanıldı. O pul müqabilində müxtəlif ölkə vətəndaşlarına qrinkard almağa kömək edirmiş:

“Saxta viza verilməsi sahəsində Ermənistanın “uğurları” hətta Kubayadək gedib çatıbmış. Kuba vətəndaşı R.Qomez ABŞ-da daimi yaşayışını təşkil etmək məqsədilə sənədləşdirmə işini reallaşdırmaq üçün Ermənistan vətəndaşına 65 min dollar pul verib.

Gürcüstanda axtarışda olan vətəndaş L.Mekaranaşvili Ermənistanda öz fotosu ilə pasport alıb, Ukraynaya getdi. Ukraynada onu tanıdıqları üçün Ermənistana qaytardılar. L.Mekaranaşvili bu pasportu Yerevan şəhərində almışdı.

Erməni mənşəli kriminalların cibində Ermənistanın diplomatik pasportları gəzdirməsi indi heç kimə sirr deyil.

Bütün bunlar Ermənistanda pasport və vizaların mağazalarda olduğu kimi açıq satışda olduğunu sübut edir. Terrorçuların da pulu və yeni pasportlara ehtiyacı var. Son vaxtlar Ermənistanın adı ən azı, 3-4 parametr üzrə terrorçuluqla yanaşı hallanır. Ermənistanın zəif olsa da, bu vəziyyərdən çıxış yolu axtarmalıdır. Əks-təqdirdə Ermənistan özünü məhv yoluna yuvarlayır”.

1news.az

 

Paylaş:
644

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər