“YARAT”dan növbəti film - “Dünən qəfildən gəldi” | 1news.az | Xəbərlər
Cəmiyyət

“YARAT”dan növbəti film - “Dünən qəfildən gəldi”

12:29 - 22 / 12 / 2017
“YARAT”dan növbəti film - “Dünən qəfildən gəldi”

Dekabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində "Dünən qəfildən gəldi" adlı film nümayiş ediləcək.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, rejissor Mübariz Nağıyevin ekranlaşdırdığı filmin xronometrajı 30 dəqiqədir.

Film, yaşı 40-ı haqlamış iki tənha insanın həyatından kiçik bir epizodu əhatə edir. Onlar təsadüf nəticəsində tanış olur, başqa bir təsadüf isə onları ayırır.

Ekran əsəri Azərbaycan dilində ingilis subtitrləri ilə nümayiş olunacaq.

1news.az

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər