“İlham Əliyev və ordu quruculuğu” mövzusunda elmi-metodiki seminar keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“İlham Əliyev və ordu quruculuğu” mövzusunda elmi-metodiki seminar keçirilib – FOTO

14:39 - 23 / 12 / 2017
“İlham Əliyev və ordu quruculuğu” mövzusunda elmi-metodiki seminar keçirilib – FOTO

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “İlham Əliyev və ordu quruculuğu” mövzusunda elmi-metodiki seminar keçirilib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, seminar açıq elan edildikdən sonra ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminarda çıxış edən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi polkovnik Raizi İsmayılov Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusuna olan diqqət və qayğısı, Ordumuzun döyüş qabiliyyəti, mənəvi-psixoloji durumu barədə ətraflı məlumat verib.

Sonra Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin müəllimi Peykər Həbibova və başqaları çıxış ediblər.

Tədbirdə Azərbaycan ordusunun yaranmasını və formalaşmasını əks etdirən video-çarx nümayiş olunduqdan sonra elmi-metodiki seminar işini fənn bölmələrində davam etdirib.

S.Xankişiyeva

Paylaş:
599

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər