Politoloq Qarabağ münaqişəsinin yaradılma səbəbini açıqladı | 1news.az | Xəbərlər
Siyasət

Politoloq Qarabağ münaqişəsinin yaradılma səbəbini açıqladı

19:26 - 23 / 12 / 2017
Politoloq Qarabağ münaqişəsinin yaradılma səbəbini açıqladı

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun siyasi liderləri olan Rusiya, İran və Türkiyə olmadan həll edilə bilməz. Rusiya, İran və Türkiyənin yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Bakıda "Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq simpoziumda rusiyalı telejurnalist, politoloq Maksim Şevçenko deyib.

Dünyanın ciddi dəyişikliklərə hazır olduğunu vurğulayan M. Şevçenko bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapmamasından yorulub:

"Dağlıq Qarabağ münaqişəsi ona görə yaradılıb ki, gələcəkdə digər münaqişə ocaqları meydana gəlsin. Bəzən deyəndə ki, Rusiya ötən əsrin 90-cı illərində Qarabağla bağlı yanlış mövqe tutub, bu, mənim xətrimə dəyir. O vaxtlar Rusiya Vaşinqtondan idarə olunurdu. Yeltsin-Qaydar rejimi ABŞ tərəfindən yönləndirilirdi”.

Politoloq imkanlı erməni biznesmenlərinin ABŞ prezidentinə birbaşa çıxışı olduğunu da xatırladıb.

S.Xankişiyeva

 

 

Paylaş:
761

Son xəbərlər

Bütün xəbərlər