Bakı Media Mərkəzində “Musiqinin rəngləri” adlı unikal layihənin təqdimatı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Media Mərkəzində “Musiqinin rəngləri” adlı unikal layihənin təqdimatı olub – FOTO

11:32 - 23 / 12 / 2017
Bakı Media Mərkəzində “Musiqinin rəngləri” adlı unikal layihənin təqdimatı olub – FOTO

Dekabrın 22-də Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyevanın dəstəyi ilə pianoçu Səidə Tağızadə və Əməkdar Rəssam Rəşad Mehdiyevin birgə ideyası olan “Musiqinin rəngləri” adlı unikal layihənin təqdimatı keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, layihə çərçivəsində rəssam Rəşad Mehdiyevin tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin bəstələdiyi bir neçə kompozisiyaya həsr etdiyi rəsm əsərləri nümayiş olunub.

Təqdimat mərasimində çıxış edən Bakı Media Mərkəzinin direktoru Orman Əliyev bu layihəni rəngkarlıq və musiqinin vəhdəti adlandırıb.

Bəstəkar Firəngiz Əlizadə, rəssam Rəşad Mehdiyev və pianoçu Səidə Tağızadə isə qonaqlara layihəyə göstərdikləri marağa görə təşəkkürlərini bildiriblər.

Daha sonra Bakı Media Mərkəzinin atriumunda Rəşad Mehdiyevin əsərlərinin təqdimatı olub. Hər bir əsərin həsr olunduğu musiqi kompozisiyası pianoçu Səidə Tağızadə, fleytaçı Əminə Zülfüqarova və Ceyla Seyidova (skripka), Soltan Məmmədov (skripka), əməkdar artistlər Vaxtanq İmanov (alt) və Aleksey Miltixdən (violonçel) ibarət Azərbaycan Dövlət Kvarteti tərəfindən ifa edilib. Rəsm əsərlərinin və bütövlükdə Bakı Media Mərkəzinin atriumunun xüsusi işıq effektləri ilə işıqlandırılması musiqi və rəsm dünyalarının harmoniyası atmosferini daha da gücləndirib.

Bakı Media Mərkəzi incəsənət sahəsində xüsusi iz buraxan belə layihələrin davamlı olacağına ümidvardır və gələcəkdə də maraqlı yaradıcı təşəbbüslərə dəstək verməyə hazırdır.

S.Xankişiyeva

Paylaş:
1130

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər