Rusiyada dünya çempionunun ölümündə günahlandırılan azərbaycanlı ilə bağlı yeni xəbər | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyada dünya çempionunun ölümündə günahlandırılan azərbaycanlı ilə bağlı yeni xəbər

11:47 - 23 / 12 / 2017
Rusiyada dünya çempionunun ölümündə günahlandırılan azərbaycanlı ilə bağlı yeni xəbər

Bu gün Rusiya Federasiyası  Baş Prakrorluq orqanı Dünya Azərbaycanlıları Assambleyasının Anar Allehverənovun işi ilə bağlı müraciətinə cavab göndərib.

1news.az-a Dünya Azərbaycanlıları Assambleyasından verilən xəbərə görə, cavabda qeyd olunur:

“Dünya Azərbaycanlıları Assambleyası rəhbəri, Rəşad Quliyevə:

Hörmətli Cənab Rəşad Quliyev,

Avropa və dünya çempionu Andrey Draçovu öldürməkdə təqsirli bilinən Anar Allahverənovla bağlı etdiyiniz müraciətlə əlaqədar Rusiya Ədliyyə Nazirliyinin qarşımızda qaldırdığı məsələ ilə bağlı  Rusiya Baş Prakrorluğu olaraq tərəfimizdən işin araşdırılması ilə məşğul olan Xabarovsk əyalətinin prakrorluq orqanı qarşısında məsələ qaldırılıb. Qaldırdığınız məsələ ilə əlaqədar  hadisənin hərtərəfli araşdırılaraq, qeyd etdiyiniz məsələlər də daxil olmaqla, yerli prakrorluq orqanının məsələnin tam təffərrüatlarının araşdırılıb hansı qərar qəbul etdikləri ilə əlaqədar sizə məlumat verilməsi tərəfimizdən tapşırılıb.

Xatırladaq ki, avqustun 20-də əslən azərbaycanlı, Rusiya Federasiyası vətəndaşı Anar Allahverənov ilə Rusiyalı dünya çempionu Andrey Draçov arasında münaqişə baş verib. Hadisə nəticəsində hər iki tərəf bir-birinə qarşı zor tətbiqi nəticəsində Andrey Dryaçov vəfat edib. Ancaq sırf məişət xarakterli münaqişənin, milli münaqişə olaraq təqdim etmək cəhdlər olub. Hadisədə təqsirli bilinən Anar Allahverənova qarşı daha əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə (sağlamlığa ağır ziyanın vurulması, ehtiyatsızlıqdan ölümə gətirib çıxarma) ittiham irəli sürülsə də, sonradan təkbətək davaya millətlərarası xarakter verilib.

Məsələ ilə əlaqədar Assambleya rəhbərliyi bir müddət öncə Rusiya hökumətinə müraciət edib.

Müraciətdə baş vermiş hadisədən Rusiya ilə Azərbaycan arasında hökm sürən dostluq münasibətlərinə zərbə vurmaq meyilləri hiss olunduğu bildirilib. Rusiya rəsmi qurumlarını məsələnin milli deyil, sırf məişət xarakterli münaqişə olması ilə bağlı, baş vermiş hadisəyə hüquqi qiymət verilərkən, milli deyil məişət zəminli münaqişə kimi qiymət verilməsinin daha doğru və ədalətli olacağı qeyd olunub”.

Mövzu ilə əlaqədar oxuyun:

Dünya çempionunu öldürən azərbaycanlı federal axtarışa verilib – VİDEO

Dünya çempionunu öldürən azərbaycanlı tutulub – FOTO - VİDEO - YENİLƏNİB

Dünya çempionunu öldürən azərbaycanlının saxlanılması üçün mükafat təyin edilib

S.Xankişiyeva

 

Paylaş:
566

Son xəbərlər

DVX rəisi: Ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alırBu gün, 11:07Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”.Bu gün, 10:58“Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi vergi siyasəti ilə də dəstəklənəcək” - NazirBu gün, 10:46İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunubBu gün, 10:44“Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik”Bu gün, 10:43Mikayıl Cabbarov: Əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdırBu gün, 10:29İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edibBu gün, 10:24Qızılın qiyməti 2 700 dollara yaxınlaşırBu gün, 10:15Birinci Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcəkBu gün, 10:00Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır”Bu gün, 09:48AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:41Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 09:24Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstəribBu gün, 09:17Bakıda tıxac olan yollar - SİYAHIBu gün, 09:09Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11
Bütün xəbərlər