Novruz Məmmədov: Şərq Tərəfdaşlığı sammitinin bəyannaməsındə ərazi bütövlüyü və suverenliyi ilə bağlı qərar böyük əhəmiyyət daşıyır | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: Şərq Tərəfdaşlığı sammitinin bəyannaməsındə ərazi bütövlüyü və suverenliyi ilə bağlı qərar böyük əhəmiyyət daşıyır

11:54 - 23 / 12 / 2017
Novruz Məmmədov: Şərq Tərəfdaşlığı sammitinin bəyannaməsındə ərazi bütövlüyü və suverenliyi ilə bağlı qərar böyük əhəmiyyət daşıyır

Dünyada çox gərginlik var və bu gərginlik ATƏT-in Minsk qrupu ölkələrini də narahat və məşğul edir.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiri Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən müəyyən mənada demək olar ki, Dağlıq Qarabağ münaqişənin həllinə diqqət sanki azalıb:

"Buna baxmayaraq, son vaxtlar həmsədrlərin regiona səfəri oldu. Onlar Azərbaycan prezidenti ilə görüşlər keçirdi. Aİ və ATƏT nümayəndələri də səfərlər etdilər və görüş keçirdilər. Proses gedir. Lakin həmişə olduğu kimi, Ermənistan tərəfi danışıqlar prosesinin qarşısını almağa can atır, ləngitməyə çalışır və bu istiqamətdə əlindən gələni etməyə cəhd edir".

Prezidentin köməkçisi bildirib ki, bu ilin noyabrında Şərq Tərəfdaşlığı sammiti çərçivəsində qəbul edilən bəyannamədə ğlkələrin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qərar böyük əhəmiyyət daşıyır: "Bu, əslində Azərbaycan tərəfinin münaqişənin həlli istiqamətində gedən proseslərdə böyük qələbəsidir. Əgər indiyə kimi Avropa ölkələrinin mövqeyində ikili yanaşmalar olurdusa, bundan sonra olmayacaq. Bu da Minsk qrupu həmsədrlərinin də məsələnin həllinə diqqətini gücləndirəcək".

N.Məmmədov ki, bu, kiçik dövlətlərin qarşılarına qoyduğu məqsədi həyata keçirməsinə çətinlik yaradır:

"Buna baxmayaraq, 2017-ci il Azərbaycan üçün ən uğurlu illərdən olub. Bu il prezident tərəfindən Azərbaycanda "İslam həmrəyliyi ili" elan edilmişdi. İslam həmrəyliyi və sivilizasiyalararası dialoq bir-birinə bağlıdır. Azərbaycan tərəfindən bu istiqamətdə bir sıra addımlar atılıb. Konfranslar, seminarlar, forumlar keçirilib. Dünyadan yüksək səviyyəli nümayəndələr bu tədbirlərdə iştirak ediblər. Bu onunla bağlıdır ki, Azərbaycanın daxilində digər məsələlər həllini tapıb və bu, imkan verib ki Azərbaycan bu kimi məsələlərə öz töhfəsini versin. Bu, beynəlxalq münasibətlərdə sabitliyə, təhlükəsizliyə töhfə vermək üçün nümunədir".

N.Məmmədov 2017-ci ilin ən böyük hadisələrindən biri kimi  Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışını qeyd edib: "Bu, Şərqlə Qərbi birləşdirən Böyük İpək Yolunun mühüm tərkib hissəsi, Azərbaycan üçün beynəlxalq əməkdaşlığa yol açan, sabitlik və təhlükəsizliyə qarantiya verən layihədir. Fəxrlə deyə bilərəm ki, Azərbaycan bu layihəni yerinə yetirdi. Biz bunun nə dərəcədə əhəmiyyətli olduğunu, Azərbaycana, regiona və beynəlxalq əməkdaşlığa hansı töhfələri verəcəyini görəcəyik".

N.Məmmədov bu il ərzində ölkənin xarici siyasətində ən mühüm hadisələrdən biri kimi Azərbaycan prezidentinin Brüsselə səfərini vurğulayıb: "Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanmasına start verildi və müəyyən müddəalarla bağlı razılaşma əldə edildi. Bu, çox böyük hadisədir".

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
708

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər