Türkiyədə yol qəzası: xəsarət alanlar var | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə yol qəzası: xəsarət alanlar var

16:16 - 24 / 12 / 2017
Türkiyədə yol qəzası: xəsarət alanlar var

Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, Antalyadan Tokat istiqamətində hərəkət edən 34-FA-4603 dövlət seriya nişanlı sərnişin avtobusu aşıb. Nəticədə 31 nəfər xəsarət alıb.

Yaralılar Konyadakı xəstəxanalara yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəyə yolun buzlu olması səbəb olub.

S.Xankişiyeva

 

Paylaş:
1812

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər