Əfqanıstanda partlayış: 7 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstanda partlayış: 7 nəfər ölüb

19:47 - 24 / 12 / 2017
Əfqanıstanda partlayış: 7 nəfər ölüb

Əfqanıstanın cənubunda Hilmənd vilayətində baş verən partlayış zamanı ən azı yeddi nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, hadisə Marca rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, mülki vətəndaşları daşıyan nəqliyyat vasitəsi yol kənarında quraşdırılmış minaya düşüb.

Regionda fəaliyyət göstərən qruplaşmalardan heç biri hələlik partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

S.Xankişiyeva

 

Paylaş:
706

Son xəbərlər

Gədəbəyə dolu düşüb

06 / 06 / 2026, 16:24
Bütün xəbərlər