Liberman: Azərbaycan bütün dövrlərdə dinlərarası və millətlərarası tolerantlıq nümunəsi göstərib | 1news.az | Xəbərlər
Siyasət

Liberman: Azərbaycan bütün dövrlərdə dinlərarası və millətlərarası tolerantlıq nümunəsi göstərib

17:01 - 25 / 12 / 2017
 Liberman: Azərbaycan bütün dövrlərdə dinlərarası və millətlərarası tolerantlıq nümunəsi göstərib

Azərbaycan İsrailin strateji tərəfdaşıdır, keçmişdə olduğu kimi, indi də dinlərarası və millətlərarası tolerantlıq nümunəsidir.

1news.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman deyib.

İsrail ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu bildirən müdafiə naziri dostluq münasibətlərinin daha da möhkəmləndiyini və səmərə verdiyini vurğulayıb: "Bu, birmənalı olaraq hər iki tərəfin xeyrinədir. Əməkdaşlığımız qarşılıqlı marağa söykənib. Ümid edirəm ki, bizim əlaqələrimiz bundan sonra daha da inkişaf edəcək. İsrail və Azərbaycan bir çox sahələrdə ortaq mövqelərdən çıxış edirlər. Əməkdaşlığımız yüksək texnologiyalar, kənd təsərrüfatı, energetika, təhlükəsizlik və digər sahələri əhatə edir. İnanıram ki, ikitərəfli əlaqələrimiz genişlənməkdə davam edəcək".

Aviqdor Liberman son illərdə Azərbaycan rəhbərliyi, yüksək səviyyəli rəsmilərlə, siyasi xadimlərlə bir sıra silsilə görüşlərdə regional təhlükəsizlik, hərbi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdiklərini diqqətə çatdırıb.

Rəhbəri olduğu "Bizim evimiz İsraildir" partiyasının hər zaman İsrailin xarici siyasət xəttini Bakıya tərəf istiqamətləndirdiyini vurğulayan nazir buna tarixi şəraitin və səmimi minnətdarlıq duyğularının səbəb olduğunu deyib: "Vaxtilə Azərbaycanda yaşamış tanınan jurnalist, İsrailin Belarusdakı keçmiş səfiri İosif Şaqal Knessetə bizim partiyamızdan deputat seçilib. "Bizim evimiz İsraildir" partiyasından Yokneam-İlit şəhərinin birinci vitse-meri Roman Peres də Azərbaycanda doğulub. Bu şəhərdə ölkənizlə bağlı bir sıra tədbirlər keçirilib. Qubadakı "Qırmızı Qəsəbə"nin keçmiş sakini Adam Amilov şimal şəhərimiz olan Kiryat-Yamın vitse-meridir. Seçicilərimiz arasında bir çox azərbaycanlı yəhudilər var və ümid edirəm ki, onlar gələcəkdə də bizi dəstəkləyəcəklər".

Azərbaycanın dinlərarası və millətlərarası tolerantlıqda müsəlman ölkələrinə, eləcə də Qərbə nümunə olduğunu vurğulayan İsrailin müdafiə naziri ölkəmizdə heç bir zaman antisemitizmin müşahidə olunmadığını söyləyib: "Min illərdir ki, yəhudilər Azərbaycanda yaşayırlar və hər zaman özlərini təhlükəsiz, dostluq münasibətinin hökm sürdüyü etibarlı mühitdə hiss ediblər. Yüzlərlə yəhudi İkinci Dünya Müharibəsi ərəfəsində Azərbaycanda özlərinə sığınacaq tapıb. Bununla da onlar ölüm təhlükəsindən qurtarıblar və ölkəniz onlar üçün ikinci ev olub. Sirr deyil ki, Holokost bizim üçün çox həssas mövzudur və tariximizin ən çətin, qaranlıq dövründə bizə göstərdikləri qonaqpərvərliyə görə Azərbaycan xalqına dərindən minnətdarıq".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Aviqdor Liberman ölkəmizin bu problemdə olduqca məsuliyyətli mövqe tutduğunu vurğulayıb: "İsrailin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını mən dəfələrlə bəyan etmişəm. Biz həmişə vurğulayırıq ki, ölkəniz beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir. Biz Azərbaycan xalqını dəstəkləyirik və hesab edirik ki, bu problem yalnız beynəlxalq ictimaiyyətin qəti mövqeyi və qərəzli yanaşma olmadan hər iki tərəfin birbaşa danışıqlar aparması ilə həll edilə bilər. Çünki real faktlardan, obyektiv mövqedən uzaq hər hansı cəhd problemi həll etmir, əksinə, onu daha da ağırlaşdırır".

 

Paylaş:
771

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər