İlham Əliyev MDB liderlərinin qeyri-formal görüşünə qatılacaq | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev MDB liderlərinin qeyri-formal görüşünə qatılacaq

17:38 - 25 / 12 / 2017
İlham Əliyev MDB liderlərinin qeyri-formal görüşünə qatılacaq

Dekabrın 26-da Moskvada MDB ölkələrinin dövlət başçılarının qeyri-formal görüşü keçiriləcək.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında qeyd edilir.

Görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulacaq və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.

Toplantıda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edəcəklər.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə görüşə qatılmayacaq.

S.Xankişiyeva

 

Paylaş:
635

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər