Məşhur aktrisa vəfat edib | 1news.az | Xəbərlər
Dünya

Məşhur aktrisa vəfat edib

09:25 - 26 / 12 / 2017
Məşhur aktrisa vəfat edib

Kanadalı aktrisa və model Xezer Menzis-Urix 69 yaşında vəfat edib.

1news.az  RİA Novosti-yə istinadla xəbər verir ki, son illərdə aktrisa xərçəng xəstəliyindən əziyyət çəkib.

Menzis-Urixin filmoqrafiyasına onlarla film daxildir, amma çoxları onu "Musiqi səsləri" filmində əsas rolu canlandıran aktrisa kimi xatırlayır.

"Musiqi səsləri" müziklinin premyerası 1959-cu ildə Brodveydə keçirilib.

Daha sonra, "20th Century Fox" studiyası bu musiqili tamaşa əsasında "Oskar" mükafatına layiq görülmüş və büdcəsi 6 milyon dollar olan film çəkib.

1news.az

Paylaş:
807

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər