Rusiyada külək eyvana çıxan qadını aparıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyada külək eyvana çıxan qadını aparıb

12:12 - 26 / 12 / 2017
Rusiyada külək eyvana çıxan qadını aparıb

Rusiyanın Saxalin vilayətində güclü külək eyvana siqarət çəkməyə çıxmış yaşlı təqaüdçü qadını aparıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Şaxtyorsk şəhərində 70-ə yaxın yaşı olan qadın dördüncü mərtəbədən yıxılıb.

Xoşbəxtlikdən, qadın qar topasının üzərinə düşdüyündən yüngül xəsarətlər alıb.

Qar səbəbi ilə təcili tibbi yardım maşını evə yaxınlaşa bilmədiyi üçün, qadın xəstəxanaya ekskavatorun çanağında çatdırılıb.

S.Xankişiyeva

 

Paylaş:
880

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər