"Klub" azarkeşlərinin "beşinci kolon"u, yaxud riyakar demokratların ruporları | 1news.az | Xəbərlər
Siyasət

"Klub" azarkeşlərinin "beşinci kolon"u, yaxud riyakar demokratların ruporları

16:23 - 27 / 12 / 2017
"Klub" azarkeşlərinin "beşinci kolon"u, yaxud riyakar demokratların ruporları

Bir sıra media orqanları son zamanlar antiazərbaycan kampaniyası aparanların dəyirmanına su tökməyi xatırladan informasiyalar yayırlar. Onlar milli maraqları deyil, kənar qüvvələrin mənafelərini müdafiə edirlər. Konkret olaraq Avropa İttifaqı və Avropa Şurası ilə əlaqəli məsələlərdə yanlış mövqedə durur və bilmədikləri məqamları bildikləri kimi qələmə verməyə cəhd edirlər. Bunun fonunda Azərbaycan rəhbərliyinə, yüksək vəzifə tutan insanlara qarşı haqsız fikirlər yazır, onları olmayan günahlarda ittiham etməyə çalışırlar. Ancaq kiçik araşdırma belə göstərir ki, həmin dairələr böyük yanlışlıq içindədirlər. Tarixi faktları araşdırıb həqiqəti öyrənmək əvəzinə xaricdən verilən paylara görə öz dövlətinin nümayəndələrinə böhtan atırlar. Yalançı demokratların sifarişi ilə hərəkət edən bu qruplar ölkənin imicinə, onun rəhbərliyinə qarşı fəaliyyət göstərirlər. Bu bağlılıqda Azərbaycan Prezidentinin köməkçisi Novruz Məmmədovun Avropa qurumları ilə bağlı ifadə etdiyi haqlı fikirlərin düzgün dərk edilməməsi pis haldır. Aparılan araşdırma kimin haqlı olduğunu gün kimi ortaya qoyur.

"Avropa ideyası" və "Birləşmiş Avropa": real tarixi kökləri

Şübhə yoxdur ki, Azərbaycana qarşı informasiya müharibəsini davam etdirən dairələr ortaya yeni-yeni maneələr atmaqdadırlar. Onlar müxtəlif üsullardan istifadə edərək ölkə və onun rəhbərliyi haqqında yanlış təsəvvürlər formalaşdırmağa cəhd edirlər. Təəssüf ki, həmin dairələrə Azərbaycanda quyruq bulayanlar da vardır. Onlar bütün dəyərləri bir kənara qoyaraq, ağalarına necə qulluq göstərmək üçün dəridən-qabıqdan çıxırlar. Bu zaman ən adi həqiqətləri belə inkar edir, opponentlərinə böhtan atmaqdan çəkinmirlər. Əslində, bu, gözləniləndir, çünki yalnız yalanla, iftira ilə, ədalətsizlik etməklə Azərbaycanın haqq işinə qarşı çıxış etmək olar. Azacıq vicdanı və Vətən sevgisi olan bir an dayanıb, düşünər və öz dövlətinin əleyhinə olan işlərə qarışmaz.

Məsələ onunla bağlıdır ki, Azərbaycan Prezidentinin köməkçisi Novruz Məmmədov Avropa İttifaqı və Avropa Şurası ilə bağlı obyektiv fikir ifadə etmişdi. Daha aydın olması üçün Novruz Məmmədovun söylədiklərini olduğu kimi veririk: "Nahaq yerə Avropa İttifaqını – "xristian klubu" adlandırmırlar ki! Niyə Avropa Şurası da "xristian klubu" olmasın. İslamofobiyanın bu səviyyəyə çatdığı bir zamanda ona kim mane ola bilər. Elə bu yolla da istədiyi "əsas məqsədinə" çata bilər. Belə olmasaydı, ötən illər ərzində, Avropa Şurasına üzv ola-ola Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistanla əlaqədar, heç olmasa, bircə dəfə bir yerdə bir söz deyər, mövqe bildirərdi" (bax: Novruz Məmmədov: "İlqar Məmmədov cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər" / APA, 7 dekabr 2017).

Sözlərinə davam edərək, Novruz Məmmədov deyib: "Bu gün radikalizm, terrorizm, separatizm, miqrasiya, kütləvi qırğın silahlarından istifadə nə üçün belə geniş vüsət alıb? Bütün bunların səbəbləri nədir? Dünya birliyi hara istiqamət götürüb? Sabit, təhlükəsiz və davamlı inkişafı təmin edən gələcəyə tam təminat və əminlik varmı? Əminəm ki, dünyanın hər yerində, elə Avropada da mənim fikirlərimi bölüşənlər çoxdur" (bax: əvvəlki mənbəyə).

Açığı, Novruz Məmmədov bir sıra Qərb siyasətçisi, eksperti və analitikinin zaman-zaman ifadə etdiyi tezisləri xatırladıb. Bu məqamda Azərbaycan dövlət xadimi kifayət qədər təvazökar, obyektiv və ədalətli mövqe tutub. Yəni Azərbaycana qarşı Avropa Şurasının qərəzli qərar almasına baxmayaraq, heç bir kəskin fikir ifadə etməyib, eləcə də Avropa İttifaqı haqqında deyilənləri təmkin və məntiqlə xatırladıb. Bunu sübut edən faktlar kifayət qədərdir. Onların bəzilərinə nəzər salaq.

Rusiyalı alim Andrey Baykov yazır ki, tarixi olaraq avropalıların ilk inteqrasiya ideyası "avropaçılıq" olub. Ona "Avropa ideyası" da deyirlər. Bu ideyada Avropa xalqlarının digərləri üzərində mədəni-sivilizasiya üstünlüyü öz əksini tapıb (bax: Байков А.А. Идеологический компонент в эволюции Евросоюза. – Полис. Политические исследования. 2013. № 1. S. 130). Avropaçılıq "Roma dünyası"nın vahid olması, eyni dini məkanda mövcudluğu, ümumi hüquqi və dil məkanında təşəkkül etməsi kimi təsəvvürlərdən qaynaqlanırdı (bax: əvvəlki mənbəyə, s. 130). Orta əsrlərdə "Avropa dünyası" Müqəddəs Roma imperiyası çərçivəsində siyasi konsolidasiya olundu ki, bu da birbaşa dini faktorun başlıca yer tutmasının təsdiqi idi. Dante Aligyeri, Erazm Rotterdamski, Uilyam Penn və başqaları buna "Roma dünyası" kimi baxırdılar. İdeoloji olaraq isə bu hadisə dini sanksiya idi və ona rəhbərliyi Vatikan edirdi (bax: əvvəlki mənbəyə, s. 130).

Demokratiyadan uzaq: "xristian klubu"nun avropaçılıq kursu

Sonra. İkinci Dünya müharibəsindən sonra avropaçılıq Qərbi Avropa xalqlarının mədəni müstəsnalığı təməlində Qərbi Avropa dövlətlərinin ideologiyası və siyasətində dərin kök salmağa başladı (bax: əvvəlki mənbəyə, s. 131). Y.A. Borko, A.V. Zaqorski və S.A. Karaqanov isə sanki bu fikirləri daha da konkretləşdirərək vurğulayırlar: "Xristian, faktiki olaraq isə katolik Avropası "yad inanclılara" qarşı birləşməlidir (seçmə bizimdir – red.) kimi çox adi fikir Avropa sivilizasiyasının unikallığı və bütövlüyünün ideoloji əsaslandırılması məzmunu kəsb etdi. Bunun qorunub saxlanması və inkişaf etdirilməsi isə ümumi dəyərləri paylaşan xalqların birliyini tələb edirdi..." (bax: Борко Ю.А., Загорский A.В., Караганов С.А. Общий европейский дом: что мы о нем думаем? М., 1991. S. 42).

Qulaqları həqiqətə qapalı olan bir sıra dairələrə bir daha xatırlatmaq istərdik ki, bu fikirləri alimlər ifadə edirlər. Onlar ciddi elmi əsaslarla problemin mahiyyətini öyrənilər. Ancaq biz konkret avropalı siyasi liderlərin də fikirlərinə müraciət edə bilərik. Məsələn, Fransanın keçmiş prezidentlərindən olan Valeri Jiskar d'Esten demişdi ki, Türkiyənin Aİ-yə daxil olması "Avropanın sonu" olar, çünki Türkiyə Avropa ölkəsi deyil (bax: Д'Эстен: Турция в ЕС? Это катастрофа / BBC, 8 noyabr 2002). Bu sözləri şərh edən Bi-Bi-Si müxbiri Kris Morris deyib: "...Aİ-nin görkəmli funksionerinin sözləri Ankaraya belə deməyə yeni əsas verir ki, Avropa İttifaqı "xristian klubu" keyfiyyətində özünü saxlamağa cəhd edir" (bax: əvvəlki mənbəyə).

Tədqiqatçıların Avropa İttifaqının yaranmasının real səbəbləri barədə yazdıqlarının analizi göstərir ki, həmin prosesin demokratiya, əməkdaşlıq və mədəniyyətlə heç bir əlaqəsi olmayıb. Tyerri Meysan "Avropa İttifaqının gizli tarixi" yazısında vurğulayır: "...beləliklə, böyük dövlətlərin ehtiyatlarının kollektiv nəzarət altına alınması ilə onlar arasında münaqişədən qaçmaq imkanı meydana gəlir" (bax: Тьерри Мейсан. Тайная история Европейского союза / "Voltairenet.org", 28 iyun 2004). Burada söhbət ABŞ, Böyük Britaniya, Fransa və Almaniya gizli servislərinin Avropanı birləşdirmək üçün qurduğu planlardan gedir. T.Meysan göstərir ki, əsas məqsəd kommunizm fəlakətindən qorunmaq idi. Bunun üçün Avropanın böyük dövlətləri arasında müharibə olmamalı idi. Ona nail olmağın yolu isə həmin dövlətləri vahid təşkilatda birləşdirməkdən ibarətdir.

Bu cür yanaşma iki məqamı özündə ehtiva edir. Birincisi, söhbət yalnız Avropanın xristian dövlətlərindən gedir. İkincisi, demokratiya, sülh, mədəni əməkdaşlıq aparıcı rol oynamır. Başlıca olaraq Avropanı qorumaq üçün özünün birləşmiş təşkilatını yaratmaq nəzərdə tutulur.

Deməli, kimlərsə, Aİ-nin "xristian klubu" olmadığını deyirsə və üstəlik, demokratiya nümunəsi kimi bu təşkilatı göstərirsə, böyük yanlışlıq içindədir. Əlavə olaraq bu yalana uyub öz ölkəsinin rəhbər orqanlarına qarşı qarayaxma kampaniyası aparırsa, dolayısı ilə xəyanət içindədir. İndi özünüz deyin, kimlər "ətirli" fikirlər ifadə edirlər? Avropa İttifaqı və Avropa Şurası barədə tarixi həqiqəti deyən dövlət xadimimi, yoxsa kənardan sifarişlərin mahiyyətinə varmadan yalan informasiyaları cəmiyyətə sırımağa çalışan üzdəniraq "demokratiya və azadlıq aşiqləri" bir sıra KİV nümayəndələrimi? Bizcə, cavab tam aydındır. İkincilər böyük qəflət, yalan və uğursuz bir yoldadırlar. Onlar hələ anlamaq istəmirlər ki, yad düşərgədən gələn sifarişlər, əslində, ayaqlarının altını qazıb dərin quyuya salmaq üçündür.

Avropalı bəzi qərəzli dairələr həm riyakar demokratiya siyasəti yeridir, həm də bunun üçün ikili standartlardan istifadə edirlər. Onlar müxtəlif qondarma, gəlişigözəl ifadələr işlədib, maliyyə xərcləyərək müxtəlif regionlarda dayaz düşünən insanları ələ alır, özlərinin ruporuna çevirirlər. Təcrübə göstərir ki, belə adamlar, ən adi həqiqətləri belə görə bilmirlər. Onları birləşdirən klubun adı da bəllidir – "beşinci kolon"! Yəni təbliğat arabasının "beşinci, mutant təkəri"! Bu statusu olanların cəmiyyətə hansı faydası ola bilər? Heç bir faydası olmaz, ancaq insanların şüurunu zəhərləməklə onları düz yoldan sapdıra bilərlər. Azərbaycan hakimiyyəti belə fəndləri çox yaxşı bilir və əks tədbirləri lazımi səviyyədə görür. Yazıq yoldan sapanlardır. Çünki hər bir halda onlar Azərbaycan vətəndaşlarıdırlar.

Newtimes.az

Paylaş:
681

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər