Siqaret kötüklərinin avtomobildən tullanması qadağan edilir | 1news.az | Xəbərlər
Dünya

Siqaret kötüklərinin avtomobildən tullanması qadağan edilir

09:57 - 10 / 01 / 2018
Siqaret kötüklərinin avtomobildən tullanması qadağan edilir

Rusiyada yanğın təhlükəsizliyi ilə bağlı yeni qaydalar tətbiq ediləcək. Hökumətin verdiyi xəbərə görə, sənəd yaxın zamanda təsdiqlənəcək.

1news.az-ın autoreview.ru-ya istinadla verdiyi xəbərə görə, hazırki qaydalara düzəliş üçün bir sıra bəndlərdə dəyişiklik edilib.

Yeni qaydaya görə, qorunmuş sahələrdə, dəmir yolu və avtomobil yollarında kömür, kül, eləcə də, siqaret kötüklərini atmaq qadağandır.

Yen qaydanın necə tətbiq olunacağı hələ ki, məlum deyil. Belə ki, qayda pozuntusunu tapmaq asan olmayacaq. Həmçinin yeni mobil tətbiq də hazırlanacaq. Tətbiq vasitəsilə bu cür hallar aşkarlanaraq birbaşa polisə göndəriləcək.

S.Xankişiyeva

 

 

Paylaş:
906

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər