Rusiya nümayəndə heyəti AŞPA-nın sessiyasında iştirak etməyəcək | 1news.az | Xəbərlər
Siyasət

Rusiya nümayəndə heyəti AŞPA-nın sessiyasında iştirak etməyəcək

09:41 - 11 / 01 / 2018
Rusiya nümayəndə heyəti AŞPA-nın sessiyasında iştirak etməyəcək

Rusiya öz nümayəndə heyətini  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasına göndərməyəcək.

1news.az TASS-a istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının vitse-spikeri Petr Tolstoy bildirib.

Onun sözlərinə görə,  assambleyanın qaydalarına milli nümayəndə heyətlərini ayrı-seçkiliyə məruz qalmaqdan müdafiə edən düzəliş edilməyənə kimi  rusiyalı deputatlar iclasa qatılmayacaq.

Vitse-spiker vurğulayıb ki, reqlament dəyişməyincə AŞPA-nın sessiyalarında iştirak etməməyə dair qərar öz qüvvəsində qalır:  "Lakin biz bu məsələ ilə bağlı AŞPA üzvləri ilə müzakirələri davam etdirəcəyik”.

P.Sultanova

 

Paylaş:
839

Son xəbərlər

Bütün xəbərlər