Rusiya XİN: ABŞ-ın turistlərə Azərbaycana getməməklə bağlı tövsiyəsi cəfəngiyyatdır | 1news.az | Xəbərlər
Siyasət

Rusiya XİN: ABŞ-ın turistlərə Azərbaycana getməməklə bağlı tövsiyəsi cəfəngiyyatdır

15:15 - 12 / 01 / 2018
Rusiya XİN: ABŞ-ın turistlərə Azərbaycana getməməklə bağlı  tövsiyəsi cəfəngiyyatdır

Azərbaycana getməməyi bu ölkə haqqında heç bir məlumatı olmayan insanlar tövsiyə edə  bilərlər.

1news.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ABŞ Dövlət Departamentinin Azərbaycanı  terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə dair hesabata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu barədə heç vaxt Bakıya gəlməyən insanlar yaza bilərlər.

M.Zaxarova qeyd edib ki, Azərbaycan həm idman, həm də mədəniyyət sahəsində bir çox beynəxalq tədbirlər keçirib:

"Bunu Bakıda heç vaxt olmayan insan yaza bilər. Mən dəfələrlə və böyük məmnuniyyətlə Azərbaycana səfər edən biri kimi deyə bilərəm ki, turistlərə bu ölkəyə getməməyi tövsiyə etmək sadəcə cəfəngiyyatdır".

1news.az   

Paylaş:
713

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər