Səudiyyə Ərəbistanından qadınlar üçün daha bir gözlənilməz qərar
Səudiyyə Ərəbistanı Krallığı qadınlarla bağlı daha bir qərar qəbul edib.
1news.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin Turizm və Milli İrs Komitəsinin baş direktoru Ömər Əl Mübarək 25 yaşdan yuxarı qadınların tək başına Səudiyyə Ərəbistanına səfər edə biləcəyini söyləyib.
Onun sözlərinə görə, birgirişli turist vizası 30 günə qədər etibarlı olacaq. O, bu viza biznes, həcc və ümrə ziyarətlərindən ayrı olduğunu vurğulayıb.
Qeyd edək ki, buna kimi qadınlara Səudiyyə Ərəbistanına tək səfər etmək qadağan idi. Onların yanında mütləq bir kişi ailə üzvü olmalı idi.
1news.az
750