İraqa gedən avtobus aşdı: ölənlər və yaralılar var - FOTO | 1news.az | Xəbərlər
Dünya

İraqa gedən avtobus aşdı: ölənlər və yaralılar var - FOTO

12:25 - 12 / 01 / 2018
İraqa gedən avtobus aşdı: ölənlər və yaralılar var - FOTO

İstanbuldan İraqın Ərbil şəhərinə səfər edən sərnişin avtobusu Şırnak əyalətində qəzaya uğrayıb.

1news.az  xəbər verir ki,  qəza nəticəsində 3-ü azyaşlı olmaqla 9 nəfər ölüb, 28 nəfər yaralanıb.

Avtobusun sürücünün idarəetməni itirməsi səbəbindən yarğana aşdığı bildirilir.

Hadisə yerinə çox sayda xilasedici cəlb edilib və yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.

Xəsarət alanların adları və vətəndaşlığı haqqında məlumat verilmir.

1news.az   

Paylaş:
829

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər