Dubay polisi rekord qırıb
Birləşmiş Ərəb Əmirlikləri KİV-lərinin yaydığı məlumata görə, Dubay polisinin zabiti Abdulla Qollandi kvadrosiklin arxa təkərləri üstündə bir saata 60 kilometr qət edib və adını “Ginnesin Rekordlar Kitabı”na yazıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, əvvəlki dünya rekordu 2015-ci ildə arxa təkərlər üstündə 50 kilometr məsafə qət etmiş kanadalı Lukas Envudun olub.
Dubay motofestivalında rekord yürüş zamanı isə hərəkətin sürəti saatda 60 kilometrdən 80 kilometrədək olub. Polis konvoyu idmançını şəhərətrafı Qanqut rayonundan festivalın keçirildiyi Dubay Beynəlxalq Ticarət Mərkəzinədək müşayiət edib.
Qeyd edək ki, Abdulla Qollandi Dubay polisinin akrobat komandasının üzvüdür və öz nailiyyətləri ilə idman aləmində məşhurdur.
S.Xankişiyeva