Makron gəncliyində erotik roman yazıbmış
Fransanın hazırki prezidenti Emmanuel Makron 16 yaşında olan zaman özündən 24 yaş böyük müəlliməsi və indiki həyat yoldaşı Brigetə sevgi və xəyallarının bəyan edən 300 səhifəlik erotik roman yazdığı iddiaları irəli sürülüb.
İddialara görə, Fransanın ən gənc prezidenti hesab edilən Makron 1993-cü ildə 16 yaşındaykən yazdığı romanı qonşusu tərəfindən çapa verilir.
“Cürətkar, bir az da açıq-saçıq romandı. Əlbəttə ki, real həyatdakı adlar istifadə edilməmişdi. Lakin o zamanlar Makron hiss etdiklərini dilə gətirmək istəyirdi”, - deyə qonşusu bildirib.
Həmçinin qonşusu prezidentin üzünü qızardacaq gənclik romanının nüsxəsini saxlamadığını bildirib. Məsələ ilə bağlı Makron Administrasiyası açıqlama verməyib.
Fransa prezidentinin gəncliyində iki roman yazmasına baxmayaraq bunlardan heç biri yayımlanmayıb. Lakin seçim kampaniyası zamanı Makronun “İnqilab” adlı kitapı çap edilmişdi.
S.Xankişiyeva