Ermənistan parlamenti qiymət artımını müzakirə edəcək | 1news.az | Xəbərlər
Dünya

Ermənistan parlamenti qiymət artımını müzakirə edəcək

11:44 - 15 / 01 / 2018
Ermənistan parlamenti qiymət artımını müzakirə edəcək

Ermənistan parlamenti yanvarın 23-də bəzi növ məhsulların qiymətlərinin artması ilə bağlı ictimai və siyasi dairələrin narazılığını nəzərə alaraq dinləmələr keçirəcək.

1news.az “news.am”a istinadla xəbər verir ki,  erməni deputatlar qiymət artımının səbəblərini və inflyasiyanın təsirlərinin azaldılması imkanlarını müzakirə edəcəklər.

Dinləmələrdə maraqlı dövlət orqanlarının nümayəndələri də iştirak edəcək. 

Daha əvvəl Ermənistan prezidenti Serj Sarkisyanla parlament sədrinin görüşü keçirlib və Sarkisyan məsələnin parlamentin iclasında müzakirəsini təklif edib.

P.Sultanova

Paylaş:
1046

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər