Azərbaycan və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər

09:31 - 16 / 01 / 2018
Azərbaycan və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər

Yanvarın 16-da Bakıdan Sofiyaya ilk birbaşa aviareys açılıb.

1news.az  xəbər verir ki, ilk birbaşa aviareysin açılışında Azərbaycanın Baş naziri Artur Rasi-zadə və ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər.

Bakı və Sofiya arasında birbaşa aviareysin açılması barədə razılaşma Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev arasında danışıqlar çərçivəsində əldə olunub.

Bolqarıstanın paytaxtı Sofiya Azərbaycanın ilk loukosteri "Buta Airways"in birbaşa uçuşlar yerinə yetirəcəyi Avropa İttifaqında ilk şəhər olub. Uçuşlar həftədə bir dəfə çərşənbə axşamları həyata keçiriləcək.

1news.az

Paylaş:
754

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər