Türkiyə parlamenti fövqəladə vəziyyət rejimini uzadıb
Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb.
1news.az “Hurriyet”ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) Milli Təhlükəsizlik Şurasının tövsiyəsinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən təqdim olunan qanun layihəsini qəbul edib.
Sənədin lehinə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) səs verib.
Qanun yanvarın 18-dən 19-na keçən gecə yerli vaxtla saat 01:00-da qüvvəyə minəcək.
Bununla da Türkiyədə fövqəladə vəziyyət rejimi üç ay müddətinə olmaqla 6-cı dəfə uzadılacaq.
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən sonra iyulun 21-dən tətbiq olunur.
1news.az
727