Ermənistanda qiymət artımına etiraz
Bu gün Ermənistandakı Şarl Aznavur meydanında qiymət artımına qarşı etiraz aksiyası keçiriləcək.
1news.az erməni KİV-ə istinadla xəbər verir ki, aksiyanın təşkilatçısı “Çıxış” fraksiyasıdır.
Parlamentdəki fraksiyanın deputatı Ararat Mirzoyan bildirib ki, onlar aksiyaya hazırlaşmaq üçün lazım olan hər şeyi ediblər: "Biz bütün xalqı etiraz aksiyasında gözləyirik. İnsanların qiymət artımına qarşı küçə yürüşündə necə iştirak edəcəyini yaxın saatlarda görəcəyik”.
Qeyd edək ki, Ermənistanda bəzi məhsulların qiymətinin artması, həmçinin benzinin bahalaşacağı ilə bağlı xəbərlər insanların kəskin etirazına səbəb olub.
P.Sultanova
732