Gələn ay Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Gələn ay Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası keçiriləcək

11:51 - 20 / 01 / 2018
Gələn ay Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası keçiriləcək

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi işçi qrupunun növbəti iclasının fevral ayında keçirilməsi planlaşdırılır.

1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini əlavə edib ki, Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbulu ilə bağlı Qazaxıstanda keçiriləcək sammitin tarixi məhz təşkilatçı ölkə tərəfindən irəli sürülməli, tarixi isə digər Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır:

“Əvvəl sammitin ilin birinci yarısında keçirilməsi nəzərdə tutulurdu. Lakin hər şey Qazaxıstan rəhbərliyindən asılıdır. Çünki sammiti qəbul edən tərəf onlardır”.

X.Xələfov qeyd edib ki, razılaşdırılmış konvensiya layihəsinin ingilis dilində mətni və digər mətnlər üzrə texniki işləri başa çatdırılmalıdır: “Bununla bağlı işçi qrupunun iclası olacaq. İşçi qrupunun görüşü fevralda keçirilə bilər”.

B.Cahandarov

Paylaş:
774

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər