Türkiyədə hərbçilər qar uçqununa düşüb: 5-i ölüb, 12-si yaralanıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə hərbçilər qar uçqununa düşüb: 5-i ölüb, 12-si yaralanıb

20:00 - 21 / 01 / 2018
Türkiyədə hərbçilər qar uçqununa düşüb: 5-i ölüb, 12-si yaralanıb

Türkiyə ordusunun 5 hərbçisi Bitlis şəhəri ərazisində PPK terrorçularına qarşı əməliyyat aparan zaman qar uçqununa düşərək həlak olub.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində daha 12 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı hərbçilər Hizan rayonu ərazisində yerləşən dövlət hospitalına yerləşdirilib.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatlarının aparıldığını bildirilir.

S.Xankişiyeva

 

Paylaş:
1349

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər