Türkiyə Afrində genişmiqyaslı əməliyyatlara başlayıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Afrində genişmiqyaslı əməliyyatlara başlayıb

11:44 - 21 / 01 / 2018
Türkiyə Afrində genişmiqyaslı əməliyyatlara başlayıb

Türkiyə tankları Suriyanın Afrin bölgəsinə daxil olub və "Azad Suriya ordusu" müxalifət birləşmələrinə dəstək göstərir.

1news.az-ın türk mətbuatına istinadla verdiyi xəbərə görə, bu barədə hərbi mənbə məlumat yayıb.

Bildirilir ki, quru əməliyyatları zamanı Türkiyə ordusu ciddi müqavimətlə üzləşməyib. YPG terrorçuları ətraf kənd və qəsəbələrə geri çəkiliblər.

Türkiyə şənbə günü Afrində Suriyanın silahlı kürd dəstələrinə qarşı (YPG) əməliyyatlara başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb.

Ərdoğan Afrində antiterror əməliyyatının başlandığını bəyan edib

S.Xankişiyeva

 

Paylaş:
900

Son xəbərlər

Bu gün Milli Teatr Günüdür

10 / 03 / 2025, 15:34
Bütün xəbərlər