MFL-in 9-cu turu: rəqib komandalar arasında kəskin qarşıdurma müşahidə olunub – FOTO – VİDEO
Azərbaycanda həvəskarlar arasında ilk mini futbol liqasının (MFL) IX turu sona çatıb.
Tur olduqca parlaq və zəngin keçib. Ən yaxşı qollar və məhsuldar ötürmə üzrə rəqiblikdə kəskin qarşıdurma müşahidə olunub. “ArchiCO” – “AFFA Boys” matçı, eləcə də “Captain” ilə LSS arasında oyun azarkeşləri həyəcanlandıra bilib. Lakin bu, komandanın yekun nəticələrinə kömək edə bilməyib.
MFL çempionatı ilə bağlı daha ətraflı həftəlik icmaldan tanış ola bilərsiniz.
A Konferensiyasında oyunlar bu cür keçirilib:
GB Solution komandasından olan Məmiş məhsuldar ötürmələrin sayına görə, “Peçat Dönər”dən Turxanla bərabər olub.
Konferensiyadakı bombardirlər arasında rəqiblikdə də gərgin mübarizə müşahidə olunub. Sirena Motors-dan olan Əlsalam vurduğu topların sayına görə, İKAU-dan olan Elvinə çata bilib.
“ArchiCO” – “AFFA Boys” komandaları arasında oyunu xüsusi vurğulamaq olar.
ArchiCO komandasının oyunçusu matç zamanı rəqib komandanın futbolçusu ilə toqquşaraq yıxılır. Lakin buna baxmayaraq hakim oyunu davam etdirmək işarəsini verir.
Bu hücumun uğurlu olmasına baxmayaraq – apıçı və müdafiəçilərin məğlub edilmişdi, top isə boş qapıya keçə bilərdi. AFFA komandasından olan Elnur Süleymanov qəsdən topu meydandan çıxarır.
Sevindirici haldır ki, həvəskarlar liqasında bu cür hallar çoxlamaqdadır. Bu, bir daha futbolu “idmanın kralı” olduğnu sübut edir.
A Konferensiyasında 9-cu turnir cədvəlində lider birmənalı olaraq “GB Solution” komandasıdır.
A Konferensiyasındakı aparıcı turların və maraqlı məqamlarla bağlı video-süjetə buradan baxa bilərsiniz:
B Konferensiyasının 9-cu turu bu cür nəticələndi:
Ötən mövsümdə MFL-də parlaq oyunçu olan Mehdi Əzimzadə bu dəfə də məhsuldar ötürmə üzrə fərqlənir. Lakin bu dəfə o, birinci sıradakı mövqeyini “Atilla” komandasından Talehlə bölüşməli olub.
B Konferensiyasında “Ümid Masallı” komandasından Poseidon-a keçmiş Mehdixan əvvəlki kimi MFL-in ən yaxşı bombardiridir.
B Konferensiyasında turnir cədvəlində ilk sıraları “Sabunçu” və “Poseidon” komandaları bölüşür.
B Konferensiyasındakı aparıcı turların və maraqlı məqamlarla bağlı video-süjetə buradan baxa bilərsiniz:
Məşhur azərbaycanlı şərhçi Rüstəm Əfsərli yanvarın 18-də 31-ci döğum gününü qeyd edib. MFL-də çıxış edən “CBC Sport” komandası bu münasibətlə ona kiçik sürpriz etmək qərarına gəlib.
“Captain” və LSS komandaları isə turun ən maraqlı matçını oynayıblar.
LSS komandasının kapitanı – Cavid İsmayılov oyunun əvvəlindən tamaşaçıların diqqətini cəlb etməyi bacarıb. Məhz ona görə komanda irəli keçmək imkanı əldə edib.
Lakin oyunun sonuna yaxın “Captain” komandasının oyunçuları hesabı bərabərləşdirə biliblər – 4:4.
Çoxları bu drammatik qarşıdurmanın heç-heçə ilə bitəcəyini qərara alsa da, lakin Cavid yenidən parlayaraq rəqinib qapsından qalibiyyət topunu keçirməyi bacarır.
Görüş – 6:4 hesabı ilə bitir. Cavid isə haqlı olaraq oyunun qəhrəmanı hesab edilərək MFL-in 9-cu turunda Həftənin Oyunşusu adına layiq görülür.
Məlum olduğu kimi, mövsümün sonunda hər iki liqadan olan ilk 10 komanda pley-off mərhələsinə yüksəlmək üçün bir-birilə yarışacaq. Hazırda isə ilk 20 komandanın sıralanması bu cürdür:
9-cu turun simvolik yığması bu cürdür:
Bu gün, yanvarın 22-də A Konferensiyasında 10-cu tur çərçivəsində bu komandalar görüşəcək.
Yanvarın 25-də isə B Konferensiyasında X tur çərçivəsində bu komandalar görüşəcək:
MFL-i onlayn izləyin:
Tərcümə: S.Xankişiyeva