Afrin əməliyyatının 3-cü günü: terrorçuların 153 hədəfi məhv edilib | 1news.az | Xəbərlər
Dünya

Afrin əməliyyatının 3-cü günü: terrorçuların 153 hədəfi məhv edilib

09:42 - 22 / 01 / 2018
Afrin əməliyyatının 3-cü günü: terrorçuların 153 hədəfi məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin  Afrində PYD və YPG əleyhinə keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı terrorçuların 153 obyekti məhv edilib.

1news.az xəbər verir ki,  bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilib.

Məlumatda əməliyyatların davam etdirildiyi vurğulanıb. Terroçuların əlində olan 11 kənd azad edilib. 

Qeyd edək ki, yanvrın 20-də Türkiyə Afrində "Zeytun budağı" əməliyyatlarına başlayıb. Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri aviazərbələr üçün cəlb edilib.

P.Sultanova

Paylaş:
692

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər