MFL-in 4 futbolçusu Topaz Premyer Liqasının klubları ilə məşq edəcək | 1news.az | Xəbərlər
Futbol

MFL-in 4 futbolçusu Topaz Premyer Liqasının klubları ilə məşq edəcək

12:46 - 22 / 01 / 2018
MFL-in 4 futbolçusu Topaz Premyer Liqasının klubları ilə məşq edəcək

Azərbaycanda həvəskarlar arasında ilk mini futbol liqası (MFL) azarkeşlərini yeni layihələri ilə sevindirməkdə davam edir.

1news.az-ın verdiyi xəbərə görə, hələ də ötən il Bakı Olimpiya Stadionunda möhtəşəm MFL All Star - Böyük Oyun zamanı həvəskar-futbolçularla yaşanan əsl bayramdan unudulmayıb. Məlum olduğu kimi, Liqanın dörd oyunçusu Azərbaycan Premyer Liqasının klubları ilə məşq etmək imkanı əldə edəcəklər.

MFL-in dörd futbolçusu “Keşlə” və “Sumqayıt” futbol klublarının Türkiyənin Antalya yığması zamanı təlim-məşq düşərgəsində bir neçə gün keçirmək imkanı əldə edəcəklər. Həmin futbolçular  dekabrın 29-da Bakı Olimpiya Stadionunda MFL-in təşkil etdiyi görüşdə çıxış ediblər. Yanvarda isə xəyal belə etmədikləri imkanı əldə edəcəklər.

Yaxın günlərdə həmin futbolçuların adları elan edilərək yığma ilə bağlı detallar açıqlanacaq.

MFL-i onlayn izləyin:

MFL Facebook-da

MFL Instagram-da

MFL Youtube-da

http://www.mfl.az/

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
933

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər