Rusiya və BMT rəsmiləri Qarabağ münaqişəsini müzakirə ediblər | 1news.az | Xəbərlər
Siyasət

Rusiya və BMT rəsmiləri Qarabağ münaqişəsini müzakirə ediblər

15:14 - 23 / 01 / 2018
Rusiya və BMT rəsmiləri Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin və BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə danışıqlarında həmsədrinin vəzifəsini icra edən Levent Bilman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

1news.az  xəbər verir ki,  bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, görüş zamanı münaqişələrin nizamlanması mövzusuna toxunulub. Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə danışıqlarına xüsusi diqqət ayrılıb.

Məlumata görə, tərəflər eləcə də münaqişələrin qarşısının alınmasında BMT-nin iştirakı ilə sülh və təhülkəsizliyin təmin edilməsi məsələlərini müzakirə edib.

1news.az 

Paylaş:
630

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər