Afrində daha bir türk hərbçi həlak olub | 1news.az | Xəbərlər
Dünya

Afrində daha bir türk hərbçi həlak olub

16:12 - 23 / 01 / 2018
Afrində daha bir türk hərbçi həlak olub

Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı zamanı Türkiyənin daha bir hərbçisi həlak olub.

1news.az  xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir "Twitter" səhifəsində yazıb ki, ölən türk hərbçilərin qanı yerdə qalmayacaq: "Terrorun kökünü kəsənə qədər mübarizəyə davam edəcəyik".

Qeyd edək ki, "Zeytun budağı" əməliyyatı zamanı yanvarın 22-də də bir türk hərbçi ölüb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

1news.az

Paylaş:
667

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər