2018-ci il “Oskar”a namizədlərin adları açıqlandı | 1news.az | Xəbərlər
Dünya

2018-ci il “Oskar”a namizədlərin adları açıqlandı

18:45 - 23 / 01 / 2018
2018-ci il “Oskar”a namizədlərin adları açıqlandı

ABŞ-ın Los-Anceles şəhərində 2018-ci il “Oskar” kino mükafatları üçün namizədlərin adları açıqlanıb.

1news.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, "Ən yaxşı film" nominasiyasına "Məni öz adınla çağır", "Qaranlıq saat", "Dünkerk", "Uzaqlaş", "Ledi Börd", "Görünməz sap", "Məxfi dosye", "Suyun forması", "Ebbinqdə üç billbord" filmləri namizəd olub.

“Ən yaxşı rejissor işi” nominasiyasında Kristofer Nolan ("Dünkerk"), Pol Tomas Anderson ("Görünməz sap"), Cordan Pil ("Uzaqlaş"), Gilyermo del Toro ("Suyun forması") və Qreta Gerviq ("Ledi Börd") mükafata namizəd görülüb.

“Ən yaxşı aktyor” nominasiyasında isə Timoti Şalame ("Məni öz adınla çağır"), Qari Oldman ("Qaranlıq saat"), Deniel Dey-Lüis ("Görünməz sap"), Denzel Vaşinqton ("Roman İzrael") və Deniel Kaluuya ("Uzaqlaş") mübarizə aparacaq.

“Ən yaxşı aktrisa” nominasiyasında Selli Houkins ("Suyun forması"), Sirşa Ronan ("Ledi Börd", Fransis MakDormand ("Ebbinqdə üç billbord"), Meril Strip ("Məxfi dosye") və Marqo Robbi ("Mən, Tonya") "Oskar"a namizəd görülüb.

“Ən yaxşı xarici film” nominasiyasında isə “Fantastik qadın” (Çili), “Bədən və ruh haqqında” (Macarıstan), “Təhqir” (Livan), “Kvadrat” (İsveç) və “Sevgisiz” (Rusiya) filmləri namizəd görülüb.

Bu il bu mükafata "Ən yaxşı qrim və saç düzümü" nominasiyasında isə "Qaranlıq saat", "Viktoriya və Abdul" və "Möcüzə" filmləri namizəd olub.

Qeyd edək ki, bu mötəbər kino mükafatlarının təqdimetmə mərasimi martın 4-də baş tutacaq. "Oskar" 1929-cu ildən təsis edilib.

1news.az

Paylaş:
882

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər